Railway.az –  Azərbaycan daxilində və beynəlxalq marşrutlarda dəmir yolu daşımaları sahəsində lider loqistika şirkətidir. Bizim əsas məqsədimiz yüklərinizi zamanında, təhlükəsiz və səmərəli şəkildə çatdırmaq, müştərilərimizə yüksək keyfiyyətli daşımacılıq xidmətləri təqdim etməkdir.

Fəaliyyətimiz çərçivəsində konteyner, vaqon və qruppaj (LCL) daşımaları, həmçinin intermodal nəqliyyat həlləri üzrə peşəkar xidmətlər göstəririk. Çindən Azərbaycana və ölkədaxili marşrutlarda optimal nəqliyyat və logistika həlləri təklif edərək, müştərilərimizin bütün ehtiyaclarını bir mərkəzdən qarşılamaq məqsədini güdürük.

Bizim komandamız yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir və hər bir layihəyə fərdi yanaşma təmin edir. Railway.az olaraq, müştərilərimizin biznesinin inkişafını dəstəkləmək üçün ən effektiv, sürətli və etibarlı nəqliyyat həllərini təmin edirik.

Yalnız daşımacılıq deyil, həm də liman terminal əməliyyatları, yüklərin izlənməsi və daşımaların optimallaşdırılması sahəsində tam logistika dəstəyi veririk. Müasir texnologiyalardan istifadə edərək, yüklərinizi hər mərhələdə izləmək və tam şəffaflıqla idarə etmək mümkündür.

Railway.az – yüklərinizə etibar edə biləcəyiniz, səmərəli və təhlükəsiz loqistika həllərinin ünvanıdır. Biz, hər bir daşımada müştəri məmnuniyyətini ön planda tutaraq, daima xidmət keyfiyyətimizi artırmaq üçün çalışırıq.

Railway.az bir layihə olaraq Azerbaijan Logistics and Express Freight Services‘ə məxsusdur.